KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

08.08.2018

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 31-də  rayon ərazisindəki evlərin birindən 720 metr elektrik naqili və 192 ədəd elektrik qoruyucusu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Əliyev saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən Astara rayon sakini Araz Əzimovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülmüşdür.

Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən fevralın 25-də rayon ərazisindəki avtomobillərin birindən akkumulyator oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Mustafa Sarıyev saxlanılmışdır.

İyulun 29-da Nəsimi rayonu ərazisindəki marketlərdən birinin kassasından 500 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Seymur Əsədov 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır