KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

07.08.2018

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da rayon ərazisindəki evlərin birindən 2 ədəd televizor, noutbuk, DVD, tuner və 3 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini Fəxri Süleymanov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Xatirə Səlimovanın ətrafında Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini olan 2 qadının içərisində pul, sənəd, ətir və mobil telefon olan çantalarını oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 6-da Bakı şəhər sakini F.Tanrıverdiyevi bıçaqla hədələyib pulunu və 2 ədəd mobil telefonunu almaqda şübhəli bilinən Tərtər rayon sakinləri, əvvəllər məhkum olunmuş İlkin Əmirxanlı, Sənan Ağazadə və Goranboy rayon sakini Elman Musavi saxlanılmışlar.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 1-də Bakı şəhər sakini R.Musayevə məxsus “Mercedes” markalı avtomobildən 2250 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini olan bir yeniyetmə saxlanılmışdır.