KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

06.08.2018

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 15-də Bakı şəhər sakini Z.Həşimovanın içərisində 600 manat, qızıl üzük, gümüş qolbağ, saç feni və kosmetik əşyalar olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Xatirə Səlimova saxlanılmışdır.

Avqustun 6-da Qaradağ rayonu ərazisindəki müəssisələrin birindən 700 litr dizel yanacağı, su mühərriki və 15 metr rezin borunu oğurlayıb “QAZel” markalı avtomobilində aparmağa cəhd göstərmiş Qobustan qəsəbə sakini Xudayar Hüseynov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.


Avqustun 5-də Yasamal rayonu ərazisindəki ticarət mərkəzlərindən birinin geyim otağında Bakı şəhər sakini Cavid Mahmudova məxsus 500 manat pul və mobil telefon oğurlanmışdır.  Əlahiddə Çevik Polis Alayının və Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuş Sadiq Yusifov və Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elman Qurbanzadə saxlanılmışlar. 


Avqustun 5-də Binəqədi rayonu ərazisindəki metal qəbulu məntəqələrinin birindən 59 kiloqram mis qırıntları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Asif Abbasov 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.