KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 5-də saat 15 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində...

05.08.2018

Avqustun 5-də saat 15 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Yolçu Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Sabirabad rayon sakini Leyla Fərzəliyevanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 4-də Bakı şəhər sakini olan bir qadının içərisində 250 manat pul və şəxsiyyət vəsiqəsi olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Nizaməddin Nəbiyev saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il noyabrın  24-də Bakı şəhər sakini olan T.Mikayılovanın çantasından 355 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Elmira Yusifova saxlanılmışdır.