KRİMİNAL XRONİKA

Əsas səhifə

DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə Səbail rayonunun Xaqani və H.Hacıbəyov küçələrində...

01.08.2018

DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə Səbail rayonunun Xaqani və H.Hacıbəyov küçələrində  əcnəbi vətəndaşların yaşadıqları 2 mənzildən oğurluq edilməsi barədə müraciətlər daxil olub.Məlumatlarla əlaqədar Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və mənzillərin birindən 3 ədəd velosiped, digərindən isə mobil telefon, ətir və tütün məmulatının oğurlandığı müəyyən edilib. “İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Dünyamalıyev olduğu müəyyən edilib. Oğurlanmış velosipedlər və mobil telefon maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. 

DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə cari il iyul ayının  31-də saat 23 radələrində Xətai rayonunun M.Hadi və Vunq Tau küçələrində Bakı şəhər sakinləri R.Fərzəliyevin “Toyota”, Ş.Nəsibovun və M.İsgəndərovun “Mercedes”, Y.Hüseynovun “Nissan” markalı avtomobillərindən yan güzgülərinin şüşələrinin oğurlandığı barədə müraciətlər daxil olub. Dərhal Xətai RPİ 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Fərman Heydərov olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. 

Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əhmədbəyov küçəsində Sumqayıt şəhər sakini Z.Məmmədovun “Mazda” markalı avtomobilindən 1300 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. 

Nəsimi RPİ 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini P.Quliyevin “Hyundai” markalı avtomobilindən 87 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Elvin Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. 

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat və 6000 ABŞ dolları, habelə qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavad Qurbanov saxlanılmışdır.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 500 manat və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şüvəlan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Emin Behbudov saxlanılmışdır.