KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

30.07.2018

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 29-da Orxan Hüseynovun mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə saxlanılmışlar.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də rayon ərazisindəki evlərin birindən paltaryuyan maşın oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini olan bir yeniyetmə saxlanılmışdır. 

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 11-də rayon ərazisindəki evlərin birindən 125 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Faiq Əhmədov saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 16-da Uğur Məmmədovun cibindən 100 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev saxlanılmışdır.

Narkotik vasitə ilə tutulmuş Tofiq Qulammirzəyevin ətrafında Nəsimi RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun iyunun 22-də Q.Kazımovanın mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilmişdir.

İyulun 30-da Sumqayıt şəhər sakini Rəsul Fazil oğlu 4-cü Polis Bolməsinə ərizə ilə müraciət edərək 2017-ci ilin yanvar ayından aprel ayınadək olan müddətdə 30-cu məhəllədəki evindən 7500 manatının və 2000 manat dəyərində qızıl əşyalarının oğurlanmasını bildirmişdir.  Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun onun evində xadimə işləyən T.Novruzova tərəfindən törədilməsi müəyyən edilmişdir. T.Novruzova izahatında hadisəni törətməsini və qızıl əşyaları həmyerlisi S.Ələkbərova ilə birgə satmasını etiraf etmişdir.

İyulun 30-da saat 20 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini İbadulla Yusifzadə idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Kəngərli rayon sakini Yaşar Ələkbərovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.  Xəzər RPİ tərəfindən araşdırma aparılır.

İyulun 30-da saat 10 radələrində Yasamal rayonunun  Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayeva orada ölmüşdür. Yasamal RPİ tərəfindən araşdırma aparılır.