KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən iyulun 23-də rayon ərazisindəki...

29.07.2018

Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən iyulun 23-də rayon ərazisindəki mağazaların birindən 80 manat və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakinləri Leyla Məmmədova, Samur Uğurluyev və Yevlax rayon sakini olan bir yeniyetmə saxlanılmışlar.

Qaradağ RPİ 10-cu PB və Qaradağ Rayon Mühafizə Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-dən iyulun 10-dək olan müddətdə rayon ərazisindəki bir mağazadan geyim əyaları və P.Cəfərovanın cibindən 40 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Coşqun Məmmədov saxlanılmışdır.

Əlahiddə Çevik Polis Alayı, Qaradağ RPİ 10-cu PB və Qaradağ Rayon Mühafizə Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-dən iyulun 20-dək olan müddətdə rayon ərazisindəki iki evdən, bir avtomobildən, habelə iki mağazadan pul, qızıl əşyaları, tütün məmulatı və akkumulyator oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini Anar Məlikov saxlanılmışdır.