KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

26.07.2018

Nəsimi RPİ  22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 24-də S.Ağazadənin “Mercedes” markalı avtomobilindən 300 manat və mobil telefon oğurlamaqda, Z.Mirzəzadənin “Mercedes” markalı avtomobilindən isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Abbasov saxlanılmış, daha 2 nəfər isə müəyyən edilmişdir. Onların iyulun 23-də Bakı şəhər sakini S.Qasımovun “Mercedes” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir.

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 17-də rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüsal Sultanov saxlanılmış, daha 2 nəfər isə müəyyən edilmişdir. 

Oğurluq etdiyinə görə tutulmuş Elxan İsayevin ətrafında DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun mayın 28-də “Austin FX-4” markalı avtomobildən 110 manat pul və mobil telefon oğurlaması da müəyyən edilmişdir.