KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 22-nə keçən gecə Nizami rayonunun Babək prospektində müəyyən edilməmiş avtomobillə yolu...

21.07.2018

İyulun 22-nə keçən gecə Nizami rayonunun Babək prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Tofiq Abbasov vurulmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-dan aprelin 12-dək olan müddətdə rayon ərazisindəki iki avtomobildən, habelə bir evdən pul, sənəd və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Famil Şirinov saxlanılmışdır.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 5-də rayon ərazisindəki tam orta məktəblərin birindən kompyuter və printer oğurlamaqda şübhəli bilinən Ələt qəsəbə sakinləri Sübhan Dadaşzadə və Əvəz Abbasov saxlanılmışlar.