KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 17-də saat 8 radələrində Pirallahı qəsəbəsində Mariya Qəhrəmanovanın meyitinin yaşadığı...

17.07.2018

İyulun 17-də saat 8 radələrində Pirallahı qəsəbəsində Mariya Qəhrəmanovanın meyitinin yaşadığı S.Bağırov küçəsi ev 14-də tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 6 radələrində M.Qəhrəmanova ilə birgə yaşayan qohumu, əvvəllər məhkum olunmuş Rəsul Hüseynov arasında münaqişə baş verdiyi və sonuncunun onun baş nahiyəsinə yumruqla vuraraq qətlə yetirməsi müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.  Görülmüş tədbirlərlə R.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

İyulun 17-də əcnəbi vətəndaş Sabunçu rayonu ərazisində yaşadığı evin qarşısından tapdığı “AK” markalı silahı, 3 ədəd patron darağını və 121 ədəd patronu 13-cü Polis Bölməsinə təhvil verib. 

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9-da rayon ərazisindəki metal qəbulu məntəqələrinin birindən 200 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Taleh Şahverənov saxlanılmışdır.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9-da “Niva” markalı avtomobildən 1000 manat, planşet və mobil telefon adapteri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nəcəf Hüseynov və Tovuz rayon sakini Qasım Novruzov saxlanılmışlar.