KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 15-də Pirallahı qəsəbəsi ərazisində sahibsiz itlərə silahdan atəş açan...

15.07.2018

İyulun 15-də Pirallahı qəsəbəsi ərazisində sahibsiz itlərə silahdan atəş açan şəxs Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun qəsəbə sakini Qismət İmanov olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Pirallahı RPŞ-də araşdırma aparılır. 

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 28-də rayon ərazisində bir avtomobildən 380 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Zahid Qurbanov saxlanılmışdır.