KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

13.07.2018

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Mirişovun “KİA” markalı avtomobilindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Mürsəlov saxlanılmışdır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-də saat 1 radələrində Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Binnət İsmayılovun xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Sait Həsənov saxlanılmışdır.