KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

11.07.2018

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da rayon ərazisindəki metal qəbulu məntəqələrinin birindən 800 manat dəyərində əlvan metal oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Azad Əliyev saxlanılmışdır. 

İyulun 10-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Adil İsmayılov evinin həyətindəki yardımçı otaqda təmir işləri apararkən tapdığı - divarın içərisində hərbi paltara bükülərək gizlədilmiş 2 ədəd “AKS” markalı  silahı, 7 ədəd patron darağını və 219 ədəd patronu 4-cü Polis Şöbəsinə təhvil vermişdir.