KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov RPİ 16-cı PB və 17-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

06.07.2018

Nərimanov RPİ 16-cı PB və 17-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 8-də A.Hüseynovanın və G.Bayramovanın avtomobillərindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Rizvan Qulyev  saxlanılmışdır. Onun  daha bir avtomobildən 100 manat pul və bəzək əşyaları oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Oleq Larkovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 2 avtomobildən monitor, maqnitofon və səsgücləndiricilər oğurlaması da müəyyən edilmişdir.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini T.Əliyevin çantasından 1900 manat pul oğuralmaqda şübhəli bilinən paytaxt sakini Nurlan Qasımov saxlanılmışdır.