KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində...

03.07.2018

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində qadına qarşı soyğunçuluq edərək aradan çıxmağa çalışan şəxs yaxalanıb.
Belə ki, iyulun 3-də saat 10 radələrində Yasamal rayonunun H.B.Zərdabi küçəsində bir nəfər Bakı şəhər sakini G.Əmiraslanovaya zor tətbiq edərək içərisində 145 manatı və sənədləri olan pulqabısını alaraq aradan çıxmağa çalışıb. Ərazidə xidmət aparan 29-cu Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs yaxalanıb.
Araşdırma zamanı onun  Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Ağaəliyev olduğu müəyyən edilib. Maddi sübut ondan götürülüb.
Faktla bağlı araşdırma aparılır.

İyulun 3-də saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Beyləqan rayon sakini Əli Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Firuddin Ağayevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. 
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.