KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

02.07.2018

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də rayon ərazisindəki parkların birində Şirvan şəhər sakini Vicay Əmənovu döyüb 245 manatını almaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Şərur rayon sakini Faiq Hüseynov və Ağstafa rayon sakini Tofiq İsayev saxlanılmışlar.

Araşdırmalar zamanı T.İsayevin borclu şəxs qismində axtarışda olması da müəyyən edilmişdir.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də Bakı şəhər sakini N.Əliyevanın çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Taləddin Əhmədov saxlanılmışdır.

Soyğunçuluq etdiyinə görə tutulmuş Nadir İsrafilovun ətrafında Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun metronun “Gənclik” stansiyasının platformasında R.Muradovanın mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.

İyulun 2-də saat 3 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakini Oqtay Qurbanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Lerik rayon sakini Rahim Novruzovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş  piyada orada ölmüşdür.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.