KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 28-nə keçən gecə Sabunçu qəsəbəsi ərazisindəki qəbiristanlıqların birindən 10 qəbirin ətrafına...

29.06.2018

İyunun 28-nə keçən gecə Sabunçu qəsəbəsi ərazisindəki qəbiristanlıqların birindən 10 qəbirin ətrafına çəkilmiş məhəccərin qapılarının oğurlanması barədə  Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət daxil olub. 
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılmışlar. Araşdırmalarla onların Bakı şəhər sakinləri Valeh Babayev və Fərid Əliyev olduqları müəyyən edilib.

Oğurluq etdiyinə görə tutulmuş Oleq Larkovun ətrafında Xətai RPİ 35-ci PB–nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 5 avtomobilin güzgü və tanıtma nişanları oğurlaması da müəyyən edilmişdir.

Aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini İbrahim Bəşirov müvafiq sənədləri olmayan “İJ-54” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil vermişdir.

Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən iyunun 28-də N.Nəzərova məxsus “Ford” markalı avtomobildən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov saxlanılmışdır.

Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini M.Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fuad Babayev saxlanılmışdır.