KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 23-də Nəsimi rayonu ərazisindəki kafelərin birində naməlum şəxs Bakı şəhər sakini...

23.06.2018

İyunun 23-də Nəsimi rayonu ərazisindəki kafelərin birində naməlum şəxs Bakı şəhər sakini Vüqar Xəlilzadənin mobil telefonunu almışdır.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Zülfüqar Ramazanov saxlanılmışdır.

İyunun 23-də saat 12 radələrində Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini Anar Hüseynov “QAZel” markalı avtomobillə qardaşının qızı - 1 yaşlı Məryəm Hüseynovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölmüşdür. 
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

İyunun 22-də saat 15 radələrində Xətai Rayon Mühafizə İdarəsinə rayon ərazisindəki qorunan mənzillərin birindən həyəcan siqnalı daxil olub. Dərhal həmin ünvana gələn polis əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərən 2 nəfər cinayət başında yaxalanıb.
35-ci Polis Bölməsinə təhvil verilən həmin şəxslərin Bakı şəhər sakinləri Elçin Əmirov və Şərafəddin İbrahimov olduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.