KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

22.06.2018

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini F.Yəhyayevanın çantasından içərisində 700 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Azad Yusibov saxlanılmışdır.

Mayın 29-da Bakı şəhər sakini Ələsgər Dadaşovun üzərində zorakılıq əlamətləri olan meyitinin Binəqədi rayonu ərazisindəki mənzilində tapılması barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Səfər Əliyev saxlanılmışdır. 

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi  və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.
İyunun 22-də bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 5,3 kiloqrama yaxın narkotik vasitə və xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb, həmçinin yabanı halda bitmiş, çəkisi 17 tona yaxın 36 min ədəddən çox xaş-xaş və çətənə kolları məhv edilib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Qulammirzəyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 125 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun  kirayədə yaşadığı evdən əlavə olaraq çəkisi 4 kiloqram 295 qram marixuana aşkar edilərək götürülüb.