KRİMİNAL XRONİKA
Əsas səhifəXəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...
19.06.2018
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-nə keçən gecə Şimal DRES qəsəbəsindəki evlərin birindən 1000 manat oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini olan bir yeniyetmə saxlanılmışdır.
Oğurluq etdiyinə görə tutulmuş Namiq Salayevin ətrafında Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 6 evdən sənəd, qızıl və məişət əşyaları, habelə 5 ədəd istilik radiatoru oğurlaması da müəyyən edilmişdir.
Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də Bakı şəhər sakini A.Mirsadıqovanın çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Elxan Məmmədov saxlanılmışdır.