KRİMİNAL XRONİKA

Əsas səhifə

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarışı İdarəsi...

16.06.2018

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin dekabr ayından bu ilin iyun ayınadək olan müddətdə paytaxtın Yasamal və Nərimanov rayonları ərazisində 5 avtomobildən pul, videoqeydiyyat qurğusu və səsgücləndirici oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş Nəsimi Quliyev saxlanılmışdır.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayım 15-dən iyunun 15-dək olan müddətdə Şüvəlan qəsəbəsi ərazisindəki bağ evlərindən birinin həyətindən 1512 ədəd pivə bakalı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Atif Məmmədov saxlanılmışdır.

Aparılmış profilaktiki söhbətlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini İlqar Bəşirov nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil vermişdir.