KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 12-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini G.Quliyevaya...

13.06.2018

İyunun 12-də Nəsimi rayonu  ərazisində naməlum şəxs Bakı şəhər sakini G.Quliyevaya zor tətbiq edib içərisində 150 manatı, mobil telefonu, şəxsiyyət vəsiqəsi və kosmetik əşyaları olan çantasını alıb qaçmışdır. Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Elşən Hüseynov saxlanılmışdır.
Nəsimi RPİ-də araşdırma aparılır. 

Binəqədi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olduqlarına görə 13 nəfər, o cümlədən 5 qadın və 8 azyaşlı saxlanılmış və barələrində protokol tərtib edilmişdir.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 8-də Asif Əliyevə küt alətlə xəsarət yetirib mobil telefonunu almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vahid Baxşıyev və Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ağabala Eyyubov saxlanılmışlar.