KRİMİNAL XRONİKA

Əsas səhifə

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 8-də Ələt qəsəbəsi ərazisində...

08.06.2018

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 8-də Ələt qəsəbəsi ərazisində qəsəbə sakini olan bir yeniyetmənin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Əvəz Abbasov saxlanılmışdır.

İyunun 8-də saat 15 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində Bakı şəhər sakini Qurban Məhərrəmov idarə etdiyi “TOFAŞ” markalı avtomobillə yolu keçən paytaxt sakini Emiliya Cəbrayılovanı vurmuşdur. Piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.