KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini...

03.06.2018

Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini Rəşad Yusifliyə məxsus “VAZ-2107” markalı avtomobilin Ramana qəsəbəsi ərazisindən qaçırmaqda şübhəli bilinən paytaxt sakini Səfa Eynullayev tərəfindən qaçırılması və Bülbülə qəsəbəsi ərazisində idarə edilərkən aşırıldığı müəyyən edilib. Görülümüş tədbirlərlə S.Eynullayev saxlanılıb.

 Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olduğuna görə tutulmuş Cəlil Mikayılovun ətrafında Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun mayın 29-da Bakı şəhər sakini M.Nərimanlının mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilmişdir.