KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 24-də rayon ərazisindəki...

02.06.2018

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 24-də rayon ərazisindəki avtomobillərin birindən maqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Mirisa Qasımov saxlanılmışdır.

 İyunun 2-də saat 7 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı şəhər sakini İlqar Səmədov idarə etdiyi “Nissan” markalı avtomobili yol ayırıcısına vurmuş və nəticədə hadisə yerində ölmüşdür.

 

 İyunun 2-də saat 23 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Maştağa qəsəbə sakini Musafəddin Hümbətov idarə etdiyi “ZİL” markalı avtomobillə yolu keçən 40-45 yaşlı qadını vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin qadın orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.