KRİMİNAL XRONİKA

Əsas səhifə

Mayın 21-də saat 15 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Əyyub Haqverdiyevə məxsus ümumi...

21.05.2018

Mayın 21-də saat 15 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Əyyub Haqverdiyevə məxsus ümumi sahəsi 15-20 kvm. olan taxta kostruksiyalı çay evində qaz balonunun nasazlığından yanğına keçən ani partlayış baş vermişdir. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanmış, çay evində olan Şəki rayon sakini Söhrab Saadov və Sumqayıt şəhər sakini Gülənaz İbrahimova hadisə yerində ölmüş, Gəncə şəhər sakini Natiq İbrahimov və Abşeron rayon sakini Şəkər İbrahimova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişlər. N.İbrahimov orada ölmüş, Ş.İbrahimovanın vəziyyəti orta-ağırdır. Araşdırma aparılır.


Mayın 21-də paytaxtın Nizami rayonu ərazisində bir nəfər naməlum şəxs Bakı şəhər sakini Əmrəli İsmayılovun içərisində 130 manat və sənəd olan pulqabısını ondan almışdır. 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Kazım Zəkərgəyev saxlanılmışdır. Nizami RPİ tərəfindən araşdırma aparılır.


Oğurluq etdiyinə görə tutulmuş Ozal Nuriyevin ətrafında Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2016-cı ilin mart ayında rayon ərazisindəki evlərin birindən 300 ABŞ dolları və 35000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.


Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən fevralın 24-də Mikayıl Qolçinin bank hesabından 170 manat çıxararaq oğurlamaqda şübhəli bilinən bir yeniyetmə saxlanılmışdır.