KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

09.05.2018

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 18-dən cari il fevralın 9-dək olan müddətdə Yeni Suraxanı qəsəbəsindəki 2 həyətyanı sahədən samovar və su sayğacı, habelə 1 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Mətləb Yusifov saxlanılmışdır.

Mayın 8-də Nizami rayonunun Q.Qarayev prospektində 3 nəfər naməlum şəxs Bakı şəhər sakini R.Əliyevin mobil telefonunu soyğunçuluq yolu ilə ondan almışlar. 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Zahir Nəbiyev, Rasim Larionov və Ərəstun Məmmədov saxlanılmışlar. Nizami RPİ tərəfindən araşdırma aparılır.