KRİMİNAL XRONİKA

Əsas səhifə

Mayın 7-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Abşeron rayon sakinləri Nuhbala İsmayılov və Qubad Xudayev avtomobillə apardıqları sərnişinlərin...

08.05.2018

Mayın 7-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Abşeron rayon sakinləri Nuhbala İsmayılov və Qubad Xudayev avtomobillə apardıqları sərnişinlərin onları bıçaqla hədələyərək pullarını almaları barədə məlumat veriblər. Məlumatla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla mayın 3-də Mehdiabad qəsəbəsi ərazisində N.İsmayılovun “TOFAŞ” markalı avtomobili ilə sərnişin qismində Binəqədi qəsəbəsinə gedəcəyini bildirən şəxsin qəsəbə ərazisində sürücünü bıçaqla hədələyərək 200 manatını alması, həmin gün “Mercedes” markalı avtomobilin sürücüsü Q.Xudayevin sərnişininin də analoji üsulla onun 90 manat pulunu alması məlum olub. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən “isti izlər”lə saxlanılıb.  Onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsimi Qələndərov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.  


Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 2-dən 7-dək olan müddətdə rayon ərazisindəki 2 evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda, 2 evdən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərman Bağırov, 1 avtomobildən, 2 evdən akkumulyator və məişət əşyaları oğurlamaqda  şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mətləb Yusifov saxlanılmışlar.


Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 5-də A.Sadıqovanın içərisində 300 manat, 30 ABŞ dolları və 5 avro olan çantasını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Səbinə Rzayeva saxlanılmışdır.


Mayın 8-də saat 2 radələrində paytaxtın Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini Bəxtiyar Rəsulov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırmışdır. Nəticədə sürücünün sərnişini, qohumu, Abşeron rayon sakini Firuddin Rəsulov xətəxanaya aparılarkən yolda ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.