KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

04.05.2018

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də Nardaran qəsəbəsindən qəsəbə sakini İlqar Babayevə məxsus “ZAZ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər və Abşeron rayon sakinləri olan 2 yeniyetmə saxlanılmışlar. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Mayın 3-də saat 22 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Vüqar Ağayev idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Natella Məmmədovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. 
Səbail RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etmiş İlkin Salayevin ətrafında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə, onun  yanvarın 2-dən aprelin 17-dək olan müddətdə rayon ərazisindəki 4 evdən qızıl əşyalar, təmir-tikinti alətləri və inşaat materialları oğurlaması da müəyyən edilmişdir. 

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də rayon ərazisindəki evlərin birindən 610 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Seymur Əfəndiyev saxlanmışdır.