KRİMİNAL XRONİKA

Əsas səhifə

Mayın 2-də saat 1 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qəsəbə sakini Zahid Şərifov idarə etdiyi “Volkswagen” markalı avtomobili...

02.05.2018

Mayın 2-də saat 1 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qəsəbə sakini Zahid Şərifov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna vurmuşdur. Nəticədə sürücü və sərnişinlərindən qəsəbə sakini Elçin Tağıyev hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir. 
Sabunçu RPİ tərəfindən araşdırma aparılır. 

Oğurluq etdiyinə görə saxlanılmış Zaur Suleykinin ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə  onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Salayevlə birgə ötən il oktyabrın 11-də evlərin birindən 1700 manat, 900 ABŞ dolları oğurlaması, cari il aprelin 29-da yenidən həmin evdən oğurluğa cəhd göstərməsi, habelə bir yardımçı təsərrüfatdan qayıq mühərriki və 2 evdən qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir. 
Görülmüş tədbirlərlə İ.Salayev saxlanılmışdır. 

Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən aprelin 24-də həyətyanı sahələrin birindən inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qulu Bağırov saxlanılmışdır.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Əkbərova məxsus “Volkswagen” markalı avtomobildən videokamera və mobil telefon oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Həsənli saxlanılmışdır.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də əcnəbi vətəndaşın Bayıl qəsəbəsində müvəqqəti yaşadığı mənzildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Aslan Həsənov saxlanılmış, onun “Daewoo” markalı avtomobilindən isə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də əcnəbi qadının içərisində 200 ABŞ dolları olan pulqabısını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Fərhad Ağəliyev saxlanılmışdır.