KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

28.04.2018

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 27-də Ənvər Dadaşova məxsus “VAZ-2104” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ağagül Ağayev saxlanılmışdır.


Oğurluq etdiyinə görə tutulmuş Əşrəf Hüseynovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 11-də və 17-də rayon ərazisindəki 1 internet klubdan və 1 mağazadan mobil telefon və 725 manat oğurlaması da müəyyən edilmişdir.


Quldurluq etdiklərinə görə tutulmuş Fərid Hüseynzadənin və Fərid Hacıyevin ətraflarında Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 36-cı PB, 37-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların martın 30-dan aprelin  11-dək olan müddətdə rayon ərazisindəki 1 köşkdən və 1 mağazadan soyğunçuluq yolu ilə ümumilikdə 680 manat və tütün məmulatları oğurlamaları da müəyyən edilmişdir.