KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

25.04.2018

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 24-də rayondakı mənzillərin birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini Şamo Babayev saxlanılmışdır.

Aprelin 25-də paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini T.Ağasıyeva bir gün əvvəl marşrut avtobusunda içərisində 180 manatı olan pulqabısının oğurlandığını bildirib. Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və bu cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Ramiyar olduğu müəyyən edilib.Faktla bağlı araşdırma aparılır.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə F.X.Xoyski küçəsindəki “Topaz” mərc oyunları məntəqəsindən 85 manat pul, 6 ədəd televizor, 2 ədəd noutbuk və müşahidə kamerasının yaddaş kartının oğurlanması barədə müraciət daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun  Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Rəşidov olduğu məlum olub, törətdiyi digər cinayət əməllərinin də üstü açılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər “Topaz” mərc oyunları məntəqəsindən də 1 ədəd videokamera, 1 ədəd televizor, 2 ədəd noutbuk və 50 ədəd lotoreya bileti, həmçinin rayon ərazisindəki gözəllik salonlarından birindən 1 ədəd televizor və 2000 manat dəyərində süni saç oğurlaması da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.