KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş Ümüdbəy Babayevin ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən...

23.04.2018

Oğurluq etdiyinə görə tutulmuş Ümüdbəy Babayevin ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 18-də rayon ərazisindəki mağazaların birindən 490 manat və mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Aprelin 22-də Nəsimi rayonu ərazisində yerləşən klubların birindən naməlum şəxs Bakı şəhər sakini Orxan Əhmədliyə zor tətbiq edib 37 manatını ondan almışdır. Soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Yavər Ağayev 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş Ramiz Bayramovun  ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 10-da rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.

DİN-in  Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 24-də Binə qəsəbəsindəki evlərin birindən pul və bijuteriya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Həzrət Salmanzadə saxlanılmışdır.

Aprelin 22-də Nəsimi rayonunun Cavadxan küçəsində naməlum şəxs Bakı şəhər sakini Cəmilə Quliyevaya zor tətbiq edib 50 manatını ondan almışdır. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Mehman Mahmudov 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.