KRİMİNAL XRONİKA

Əsas səhifə

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda...

19.04.2018

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Bu istiqamətdə Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında aprelin 19-da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan İsrayıl Səmədzadənin həyətindən torpağa basdırdığı “Patent” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.
Sabirabad  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çöl-Beşdəli kənd sakini Cavanşir Hüseynovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Hüseyn Hüseynov müvafiq sənədləri olmayan “TOЗ-16” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.
Faktlarla bağlı araşdırmalar aparılır. 

Nizami RPİ 24-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə aprelin 18-də paytaxt sakini R.Bayramovun 50 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Ramazanov saxlanmışdır..

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də rayon ərazisindəki evlərin birindən 1800 manat və 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Etibar Kərimov saxlanmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Rafiq Mirağayevin ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il iyulun 1-dən cari il aprelin 3-dək olan müddətdə rayon ərazisindəki 3 mağazadan, 6 evdən pul, tütün məmulatı, ərzaq məhsulları və qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir. 

Oğurluq etdiyinə görə tutulmuş Ramiz Bayramovun ətrafında DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 4-cü və 6-cı PB-lərinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 24-dən aprelin 7-dək olan müddətdə Biləcəri qəsəbəsindəki 3 evdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.