KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

09.04.2018

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də rayon ərazisindəki evlərin birindən 700 manat oğurlamaqda şübhəli bilinən Şəki rayon sakini Emil Dadaşov saxlanılmışdır. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır. 

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Kərimova rayon ərazisindəki ticarət mərkəzlərindən birində  işlədiyi mağazadan çantasından içərisində 750 manatı olan pulqabısının oğurlandığını bildirib. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov olduğu məlum olub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha üç qadının çantalarından pul oğurlaması da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.