KRİMİNAL XRONİKA

Əsas səhifə

Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində...

05.04.2018

Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. Belə ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini  N.Məmmədlinin “Chevrolet” markalı avtomobilindən 450 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Hüseyn Əliyarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan tiryək də aşkar edilib. 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini K.Abbasovanın “Nissan” markalı avtomobilindən 550 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Taliyə Mustafazadə saxlanılıb. Avtomobillərdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilindiyinə görə saxlanılan Bakı şəhər sakini Rəvan Abdullayevin ətrafında Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun N.Ələkbərovanın “Ford” markalı avtomobilindən 300 manat pul və kosmetik əşyalar oğurlaması da müəyyən edilib. Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır.

Narkotik vasitə ilə tutulmuş Seymur Zeynalovun ətrafında Xətai RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 1-dən dekabrın 16-dək olan müddətdə rayon ərazisindəki 4 evdən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən ötən il oktyabrın 17-də Namiq Ağayevin cibindən içərisində 105 manat, 120 ABŞ dolları və 20 avro olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Hüseyn Abbasov saxlanılmışdır.