KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

03.04.2018

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də rayon ərazisindəki binaların birindən 19 ədəd qapı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Əliyev saxlanılmışdır.

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də rayon ərazisindəki mağazaların birindən pul, ərzaq məhsulları, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Amil Gülməmmədov, Arif və Rəhman Məhərrəmov saxlanılmışlar.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 26-da Rahib Rəhimova məxsus “KİA” markalı avtomobildən 500 manat və bankomat kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Taliyə Mustafazadə saxlanılmışdır. 

Oğurluq etdiyinə görə tutulmuş Rəşad Həsənovun ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 2-dən fevralın 2-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən, habelə 2 evdən pul, sənəd, qızıl, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də metronun “Neftçilər” stansiyasının platformasında paytaxt sakini olan 1 qadının çantasından içərisində 22 manat və sənəd olan pul qabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elməddin Quliyev saxlanılmışdır.