KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

02.04.2018

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 18-dən martın 19-dək olan müddətdə rayon ərazisindəki orta məktəblərin birindən, 4 mağazadan, 1 gözəllik salonundan və 1 aptekdən, habelə paytaxt sakini olan 1 qadının pulqabısından pul, noutbuk və planşet oğurlamaqda şübhəli bilinən 4 yeniyetmə saxlanılmışdır.

Oğurluq etdiklərinə görə tutulmuş Ələkbər Ələkbərovun, Rifat Quliyevin, İlkin Quliyevin, Orxan Əsədullayevin, Adil Ağayevin, Həsən Şeydabəyovun və Ülfət Quliyevin ətraflarında Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların fevralın 22-dən martın 15-dək olan müddətdə rayon ərazisindəki 6 evdən su və qaz sayğacları, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaları, habelə 1 evdən oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir.

Aprelin 2-də saat 19 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini İsa Əlizadə idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən 30-35 yaşlı qadını vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.  Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Zülfüqar Əliyev müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil vermişdir.