KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən martın 31-də P.Seyidovanın içərisində 241 manat olan pulqabısını...

01.04.2018

Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən martın 31-də P.Seyidovanın içərisində 241 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Mehriban Eyvazova saxlanılmışdır.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-dən cari il fevralın 10-dək olan müddətdə rayon ərazisindəki avtomobil dayanacaqlarının birindən elektik kabeli, 3 evdən inşaat materialları, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Qubad Bəşirov saxlanılmışdır.

Paytaxt ərazisində bir neçə mağazadan mobil telefon oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində iki mağazadan ümumilikdə 7 ədəd  mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Göyçay rayon sakini Yusif Sadıqov olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.