KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini...

29.03.2018

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Həsənov martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib. Dediyinə görə, sonradan həmin evə gələn 2 naməlum şəxs özlərini həmin qadının əri və qohumu kimi təqdim edib onu hədələyərək 5000 manat pul verməsini tələb ediblər. Polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxslərdən biri qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Həmid Alməmmədov olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Əməliyyat-axtarış tədbirləri aparılır. 


Martın 29-da DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Binəqədi rayonu ərazisində bir nəfərin döyülərək pulunun alınması barədə müraciət daxil olub. Məlumatla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 14 radələrində Bakı şəhər sakini Zakir Mirzəyevin Biləcəri qəsəbəsi ərazisində 2 naməlum şəxs tərəfindən döyülərək 138 manat pulunun alındığı məlum olub. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər “isti izlər”lə müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Saleh Muradov və Rəşad Qurbanov olduqları müəyyən edilib.  Faktla bağlı cinayət işi başlanılıb. 

Martın 30-da saat 1 radələrində Suraxanı rayonunun  Hövsan qəsəbəsində Aleksandr Bolesniyin idarə etdiyi “Mercedes” və Bakı şəhər sakini Söhrab Məmmədovun idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşmuşdur. Nəticədə A.Bolesniy hadisə yerində ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.



Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də Samir Kazımova məxsus avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini olan 1 yeniyetmə saxlanılmışdır.


Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də G.Məmmədovanın 270 manatını oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Gülnarə Novruzova saxlanılmışdır.


Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də S.Əmiraslanovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Aydın Məmmədov saxlanılmışdır.



Oğurluq etdiyinə görə tutulmuş İlkin Salayevin ətrafında Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 29-da Fuad Yusubovun cibindən 900 manat və sənəd oğurlaması da müəyyən edilmişdir.


Oğurluq etmiş Zaur Suleykinin ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 1-dən fevralın 25-dək olan müddətdə rayon ərazisindəki 4 evdən pul, ərzaq məhsulları, qızıl, gümüş və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir


Martın 29-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Zamin Rəsulov ailə-məişət münaqişəsi zəminində arvadı Natəvanı bıçaqla qətlə yetirmişdir. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Z.Rəsulov tutulmuşdur.


Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini D.Fukalov rayon ərazisində 2 naməlum şəxsin zor tətbiq edərək ondan 1080 manat və 168 ABŞ dollarını aldıqlarını bildirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər “isti izlər”lə müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Edqar Eyyubov və Təbriz İbrahimli olduqları müəyyən edilib. Faktla bağlı cinayt işi başlanılıb.