KRİMİNAL XRONİKA

Əsas səhifə

Cari il fevral ayının 18-də Sabunçu qəsəbəsi ərazisindən qəsəbə sakini 62 yaşlı Tarıyel Həmzəyev kəllə-beyin xəsarəti ilə...

21.03.2018

Cari il fevral ayının 18-də Sabunçu qəsəbəsi ərazisindən qəsəbə sakini 62 yaşlı Tarıyel Həmzəyev kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilmiş və izahatında xəsarəti yıxılması nəticəsində almasını bildirmişdir. Martın 21-də T.Həmzəyev xəstəxanada ölmüşdür. Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla cari il fevral ayının 16-da Sabunçu qəsəbəsi ərazisində yerləşən kafedə, T.Həmzəyevlə həmyerlisi 27 yaşlı Emin Ramazanov arasında münaqişə baş verməsi və bu zaman sonuncunun onun baş nahiyəsinə butulka ilə xəsarət yetirməsi müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində E.Ramazanov saxlanılmışıdır. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlamışdır.

Martın 21-də saat 3 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Fərhad Rüstəmov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Yevlax rayon sakini Nəcəf Niqmətullayevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.