KRİMİNAL XRONİKA

Əsas səhifə

Martın 12-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində naməlum şəxs Bakı şəhər sakini...

12.03.2018

Martın 12-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində naməlum şəxs Bakı şəhər sakini E.Quliyevaya zor tətbiq edib mobil telefonunu almışdır. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Əziz Paşayev saxlanılmışdır. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da rayon ərazisindəki evlərin birindən 21 manat, mobil telefon və geyim əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Bakı şəhər sakini Səfail Şahbazov və Sabirabad rayon sakini Lamin Abışov saxlanılmışlar.