KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

11.03.2018

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da İradə Rəhimovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü - Sumqayıt şəhər sakini Mübariz Əsgərov saxlanılmışdır.

Martın 11-də Bakı şəhər sakini Svetlana Zöhrabova Xətai RPİ-nin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edib martın 10-da əri, əvvəllər məhkum olunmuş Poladın anası Zümrüd Paşayevanın yaşadığı evə gedərək tapança ilə onu hədələməsini bildirmişdir. 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində P.Zöhrabov saxlanılmış, ondan tapança və 5 ədəd patron götürülmüşdür. 

Oğurluq etdiyinə görə tutulmuş Azər Osmanovun ətrafında Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 22-dən martın 3-dək olan müddətdə 3 avtomobildən pul və akkumulyator oğurlaması da müəyyən edilmişdir.