KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

10.03.2018

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Kazımovdan 0,284 qram, yaşadığı evdən isə 308,448 qram heroin götürülmüşdür.

Oğurluq etmiş Gülnarə Novruzovanın ətrafında Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 19-da bir qadının çantasından içərisində 203 manat və sənədlər olan pulqabısını oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Ramil Hacıyevin ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 5-də “DAF” markalı 2 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.

Səbail RPİ 39-cu PB və Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabr ayının 23-də Səbail rayonu ərazisində “Mercedes” markalı avtomobildən 6000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini Nurəddin Qarayev saxlanılmışdır.