KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq və narkotik vasitəyə görə tutulmuş Novruz Salayevin, Nurlan Ağayevin, Sərhad Əmirovun və Mirasəf Kərimlinin ətraflarında...

07.03.2018

Oğurluq və narkotik vasitəyə görə tutulmuş Novruz Salayevin, Nurlan Ağayevin, Sərhad Əmirovun və Mirasəf Kərimlinin ətraflarında Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən ilin noyabr ayından cari ilin fevral ayınadək daha 2 mağazadan pul, tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları, habelə 1 evdən 7000 manat pul oğurlamaları da müəyyən edilmişdir. 

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabrından cari ilin fevral ayınadək olan müddətdə bir qadının içərisində pul və sənəd olan çantasını, Qaradağ rayon Telefon Qovşağına məxsus 120 metr elektrik naqilini və “Bakı Elektrik Şəbəkə”yə məxsus fasada quraşdırılmış 148 ədəd işıqlandırıcını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elçin Cəlilov saxlanılmışdır.

Yasamal RPİ  27-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağasadiq Rəhimovdan 405 qram  marixuana götürülmüşdür.