KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş Xətai Rüstəmovun ətrafında Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri...

06.03.2018

Oğurluq etdiyinə görə tutulmuş Xətai Rüstəmovun ətrafında Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin oktyabr ayından cari ilin fevral ayınadək olan müddətdə daha 6 evdən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də rayon ərazisindəki mağazaların birindən 2000 manat oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini Şöhrət Əliyev saxlanılmışdır.

Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən yanvarın 16-dan 24-dək olan müddətdə rayon ərazisində 5 mənzilin su mühərriklərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Quliyev və qardaşı Raqif saxlanılmışlar.
 
Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə rayon ərazisində 6 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramil Hacıyev saxlanılmışdır. 

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Sərhad Şahpələngovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Cəmilə Həsənova saxlanılmışdır.