KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

05.03.2018

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 4-də Bakı şəhər sakini G.Quliyevanın  mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Aydın Hacıyev saxlanılmışdır.

Martın 4-də V.Həmidovanın içərisində 41 manatı olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Ömər Dadaşov Qaradağ RPİ 38-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

Ötən il oktyabrın 29-da Bakı şəhər sakini Coşqun Hüseynovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Heydər Qəniyev Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. 

Aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Kürdoğlu Eyyubov müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ 42-ci Polis Bölməsinə təhvil vermişdir.