KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

03.03.2018

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-dan 28-dək olan müddətdə rayon ərazisindəki 3 həyətyanı sahədən məişət əşyaları, habelə 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Əliyev saxlanılmışdır.

Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini Natiq Piriyevdən “TOZ-8” markalı tüfəng və 10 ədəd patron götürülmüşdür.