KRİMİNAL XRONİKA

Əsas səhifə

Martın 2-də saat 17 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Teymur Məmmədov...

02.03.2018

Martın 2-də saat 17 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Teymur Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında dayanmış paytaxt sakini Mübariz Xıdırovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.


Martın 1-də saat 17 radələrində Nərimanov rayonunun A.M.Cümə küçəsində Bakı şəhər sakinləri Mansur Vəliyevin idarə etdiyi “Mercedes” və Rövşən Cahangirovun idarə etdiyi “Jeep” markalı avtomobillər toqquşmuşdur. Nəticədə hər iki sürücüyə, habelə M.Vəliyevin 1 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən aparılan araşdırmalarla R.Cahangirovun idarə etdiyi avtomobili A.M.Cümə küçəsində yerləşən işlədiyi avtoyuma məntəqəsindən qaçırması müəyyən edilmişdir.


Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Məmmədovdan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülmüşdür. 


Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Radik Ələsgərovdan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron götürülmüşdür.


Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 17-də rayon ərazisindəki evlərin birindən 4000 manat və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rasim Məmmədov saxlanılmışdır.


Xətai RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Pərviz Həzilinin idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılarkən o, idarə etdiyi avtomobillə polis əməkdaşlarının istifadəsində olan iki avtomobilin qabaq hissələrini əzmiş, habelə bıçaqla onlara müqavimət göstərmişdir. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Həzili polis əməkdaşları tərəfindən saxlanılmış, ondan 1 ədəd tapança, idarə etdiyi avtomobildən isə 3 ədəd bıçaq və 2,501 qram heroin aşkar edilərək götürülmüşdür.