KRİMİNAL XRONİKA

Əsas səhifə

Martın 1-də saat 4 radələrində Binəqədi rayonu ərazisində 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Zahidə Nadirovaya zor tətbiq edərək...

01.03.2018

Martın 1-də saat 4 radələrində Binəqədi rayonu ərazisində  2 nəfər naməlum şəxs Bakı şəhər sakini Zahidə Nadirovaya zor tətbiq edərək 20 manatını almışdır. Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hasil Cəlilov və Rafiq Əfəndiyev saxlanılmışlar.


Martın 1-də saat 10 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Qasım Abdullayev idarə etdiyi “İveco” markalı avtobusla yolu keçən paytaxt sakini Həqiqət Bayramovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.


Martın 1-də saat 19 radələrində Yasamal rayonu ərazisində Sumqayıt şəhər sakini Əli Hüseynov idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Nadir İsmayılovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Yasamal RPİ tərəfindən araşdırma aparılır.